XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

09 Avqust 2019 - 12:10

Qurban ətləri pulsuz müayinə olunacaq –FOTO

Qurban bayramı ərəfəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laboratoriyaları pulsuz xidmət göstərəcək.

Bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir”. /Trend