XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 09:03

Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx [color=red]Neftçalaya getdi – Səbəb

Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, "İSR Holding" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov ötən gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.

Strateq.az xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb.

Milyarderin Neftçalada özünə məxsus "Azəryod" ASC-yə baş çəkdiyi bildirilir. 

İ.Xəlilov yod zavodunun işçiləri ilə görüşüb, hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisənin böhranlı günlər yaşamasına baxmayaraq, milyarder zavodun rəhbərliyinə 250 işçidən bir nəfəri də işdən azad etməmək tapşırığı verib.

Xatırladaq ki, "Azəryod" ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda ildə 400 ton yod buraxır, bu isə ölkənin yoda tələbatından 25 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur.

Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 110 belə quyu var, onlardan 77-i istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.

2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət 2-3 dəfə aşağı düşüb, istehsal olunmuş məhsulu satmaq problemi yaranıb.