XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 13:14

3 rayonda yeni mərkəzlər yaradılır –ƏƏSMN-dən açıqlama

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib.

Strateq.az ƏƏSMN-ə istinadla bildirir ki, sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.

Bildirilib ki, ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin ediləcəklər. Onlara hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə, bacarıqlarının inkişafına dəstək göstəriləcək.