XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 14:23

Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb –VİDEO

Bakıda qayda pozan marşrut avtobusunun sürücüsü təhlükəli hərəkət edib.

“Report” xəbər verir ki, avqustun 26-da paytaxtın Sabunçu rayonunda (Maştağa qəsəbəsində) hərəkətdə olan 90-VX-962 qeydiyyat nişanlı avtobusun sürücüsü, içi dolu sərnişinlə 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək həm sərnişinlərin, həm də qarşıdan gələn sürücülərin həyatını təhlükəyə atıb.

Qeyd edək ki, bu cür qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi (100 manat 4 bal) ilə inzibati xəta tərkibi yaradır.