XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 10:00

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri elan edildi –Təhsil Nazirliyindən açıqlama

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar.

Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.