XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:49

Məktəbdən şagirdin döyülməsi ilə bağlı açıqlama: [color=red]“Qardaşı qızıdır” (VİDEO)
9 mekteb
Şagirdin döyülməsinə məktəbdən münasibət bildirilib. 
 
Strateq.az xəbər verir ki, Xırdalan şəhərindəki 9 saylı məktəbin adını açıqlamayan direktor müavini ANSPress-ə hadisədən xəbərdar olduqlarını deyib: 
 
 
"Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən, boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək, onu vurub. Sinifdə cəmi 5-6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub".
 
"Kimin uşağı olmağından asılı olmayaraq, azyaşlını vurmağa müəlliməyə kim ixtiyar verir?", – sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətlənib. 
 
9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyi də maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.