Bu gün Daşkəsən Mədən Zavodunun onlarla işçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəlib. Onlar 2 ildir əməkhaqqı ala bilmədiklərinə etiraz edirlər.
Azadlıq.org xəbər verir ki, etirazçılardan bir qismini nazirlikdə qəbul ediblər.
Əraziyə Çevik Polis Alayının əməkdaşları gətirilib.