XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2016 - 10:47

Avtomobillərin icbari sığortası [color=red]bahalaşacaq?

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı tariflərin artırılması hələ ki, nəzərdə tutulmayıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib.

Onun sözlərinə görə, bu növ sığortada zərərlilik getdikcə artsa da, tariflərin deyil, əlavə xərclərin azaldılması müzakirə predmetidir:

“Burada inzibati xərcləri var, məcburi ödənişləri var, agentlərə ödənilən komisyon haqlar var. Xərcləri azaltmaq üçün onlayn texnologiyalardan aktiv istifadə oluna, qeyri-qanuni güzəştlər təklif edən agentlərin xidmətindən imtina edilə bilər”.