XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 17:23

Bərdədə ev quşları kütləvi tələf olub:"Yemlər keyfiyyətsizdir"

Bərdə rayonunda quşçuluq təsərrüfatında ev quşları kütləvi tələf olub.

Rayonunun Cəyirli kəndi ərazisində ev quşlarının kütləvi qırılma hadisəsi baş verib.

Hadisə Firdovsi Məmmədova məxsus fermalardan birində baş verib.

Təsərrüfat sahibi iddia edir ki, onun ev quşlarını keyfiyyətsiz yem səbəbindən ölür: “Bu səbəbdən də, son bir neçə gün ərzində xeyli sayda toyuq tələf olub”. 

Əraziyə rayon baytarları dəvət olunub. Ölmüş quşlara yerində baxış keçirilib və quşlardan götürülən nümunələr labarator müayinədən keçirilib.

Labaratoriya verilən yemin keyfiyyəti aşağı olduğundan quşların zəifləyərək öldüyünü təsdiq edib.

Tələf olmuş quşlar torpağa basdırılıb/Report.