XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 18:29

“Bağışla, ana, sizə yük ola bilməzdim” – [color=red]İntihar edən 15 yaşlı qızın oxuduğu məktəbin direktorundan təsirli açıqlamalar

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 15 yaşlı orta məktəb şagirdi Aydan Əsgərzadə özünü dənizə ataraq intihar edib.

Nəsrəddin Tusi adına 12 saylı orta məktəbin 8-ci sinif şagirdi olan A.Əsgərzadənin intihara əl atmasının səbəbi hər kəsdə sual doğurur.

Məktəbin direktoru Mətanət Abdullayeva azvision.az-a açıqlamasında A.Əsgərzadənin intihar etməzdən öncə ailəsinə məktub yazdığını bildirib.

Direktorun sözlərinə görə, A.Əsgərzadənin intihar etməsinə səbəb ailəsinin maddi durumunun aşağı olmasıdır:

“Aydan çox həssas qız idi. Müəllimləri ondan razı idilər, dərslərə hər zaman hazırlıqlı gəlirdi. Heç kimin ondan narazılığı yox idi. Aydan intihar etməmişdən öncə anasına məktub yazıb. Məktubda qeyd edib ki, “ana, məni bağışlayın, sizə yük ola bilməzdim”. Aydan yoxsul ailədə böyüyüb. Onun əkiz bacısı da var. İki bacı bir sinifdə oxuyurdu.

Bildiyimə görə, Aydan həkimə getməli imiş, amma pulları olmadığı üçün ailəsi onu xəstəxanaya apara bilməyib. Anası Aydana deyib ki, pulumuz yoxdur, səni həkimə apara bilməyəcəyik. Bundan sonra qız təsirlənib və canına qıyıb”.

Direktorun sözlərinə görə, Aydanın ən böyük arzusu tələbə olmaq idi: “Universitetə daxil olmaq onun ən böyük arzusu idi. Aydanı hansısa bir məsələ narahat edən kimi şəxsən mənim özümə və müavinlərimə yaxınlaşıb deyirdi. Heç vaxt gözləməzdim ki, Aydan intihar edər. Onun ölümünə inana bilmirik”.

Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.