XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 08:03

Britaniya alimləri ana südündən [color=red]antibiotik hazırlayıblar

ana sud.jpg

Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.

“VistaNews” saytı xəbər verir ki, alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokoku məhv edir.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatının həkimləri bildiriblər ki, dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə on milyon adam öləcək. Həkimlər qeyd ediblər ki, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.