XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2016 - 09:03

Şagirdi döyən müəllimə cəza verildi -[color=red] Açıqlama

“Xırdalan şəhəri 9 nömrəli orta məktəbdə şagirdi döyən ibtidai sinif müəlliməsi Sevda Rüstəmovaya şiddətli töhmət verilib”. 

Bu barədə Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, bu gün saat 12-də məktəbin Pedoqoji Şurasında keçirilən iclasda müəllimə Sevda Rüstəmova şiddət töhmət olunub, məktəb direktoru Həcər İbrahimovaya isə xəbərdarlıq edilib:

“Əgər bu kimi hal yenidən təkrarlanarsa, onda başqa tədbirlər görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimin şagirdə zor tətbiq etdiyi görünür.