XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 10:00

Heydər Əliyev Fondundan aztəminatlı və kimsəsiz uşaqlara dəstək –17 min şagirdə məktəb ləvazimatları hədiyyə olundu

Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. 

Fonddan Strateq.az-a verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.