XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 13:16

Əri tərəfindən döyülən qadınlara birdəfəlik [color=red]pul yardımı veriləcək

meiset.jpg

Məişət zorakılığı qurbanlarına birdəfəlik müavinətlər verilə bilər.

Bunu AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onu sözlərinə görə, artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı təkliflərini Nazirlər Kabinetinə göndərib. E.Səfərov qeyd edib ki, Nazirlər Kabineti təklifləri təsdiqləyəndən sonra bu istiqamətdə işlərə başlamaq mümkün ola bilər: “Biz təkliflə bağlı məktub göndərmişik. Amma əsas təklifin Nazirlər Kabinetində təsdiq olumasıdır. Nazirlər Kabineti təklifləri qəbul edəndən sonra sənəd Milli Məclisdə baxılmalıdır. Qeyd edim ki, bu maliyyə və vaxt tələb edən bir məsələdir. Ona görə də bunun yaxın zamanlarda həllini tapacağına ümid çox deyil”.