XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 08:34

Ünvanlı sosial yardımın [color=red]yeni modeli hazırlanır

Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, yeni model ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “O modelə parlamentə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər”.