XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2019 - 15:50

Millət vəkili Dövlət Məşğulluq Xidmətini tənqid etdi:"Müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir"

Millət vəkili Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən millət vəkili bildirib ki, insanlar iş üçün deputatlara müraciət edirlər.

R. Əliyev qeyd edib ki, Dövlət Məşğulluq Xidməti işlə bağlı müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: “Həmin şəxs də deyir ki, ali təhsillidir, ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”. /APA