XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 18:42

DSMF-yə MDB ölkələrindən daxil olan müraciətlərin sayı artıb – [color=red]Rəsmi statistika

"2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 5072 müraciət daxil olub və onların arasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib".

Bu barədə Strateq.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub.

Bildirilib ki, ötən dövr ərzində Fonda MDB ölkələrindən 3744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,49 faiz çoxdur. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir:

"Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə Cumhuriyyəti gəlir və qardaş ölkədən Fonda 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir". 

Məlumatda o da qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olmuş müraciətlərdir.