XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2019 - 21:43

Builki siyahıyaalmada hər bir sayıcı üçün müəyyən olunmuş iş norması…- 450 nəfərdən 300-ə endirilib

Builki siyahıyaalmada hər bir sayıcı üçün müəyyən olunmuş iş norması 450 nəfərdən 300-ə endirilib.

Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

“Əvvəllər hər bir sayıcı üçün müəyyən olunmuş iş norması 450 nəfər idi. Cari ildə isə bu göstərici 300-ə endirilib. Yəni əvvəl hər bir sayıcı 10 gün ərzində 450 nəfəri əhatə etməli idisə, builki siyahıyaalmada həmin norma 300-ə endirilib. Beləliklə də bir sayıcı tərəfindən gün ərzində orta hesabla 30 nəfərin siyahıyaalınması həyata keçiriləcək. Bu da sualların daha dolğun, ətraflı və keyfiyyətlə işlənməsinə səbəb olacaq”, – deyə komitə sədri bildirib.