XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2019 - 11:02

Binəqədi rayonunun qaz təchizatında fasilələr yaranacaq- “Azəriqaz”

“Azəriqaz” İB Bakının Binəqədi rayonunda qaz sızmalarının ləğv olunmasına başlayıb.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.