XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 09:13

Neft şirkətlərində kütləvi ixtisarlar -[color=red] Adlar

Xarici və yerli neft şirkətlərində ixtisarlar aparılır. Artıq “İntertek Azəri”, “ASCO”, “SWİFT Engineering”, “Bahar Enerji”, “Qarasuoil”, “Şirvanoil” şirkətlərində, o cümlədən “Neftqaztikintitresti”, “Azərneftyanacaq”, “Azərneftyağ” və “Azəriqaz” İstehsalat Birliyində yüzlərlə neftçi ixtisara salınıb.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrmanlı məlumat verib.

Onun sözlərinə görə, adları çəkilən şirkətlərdə ixtisarlar zamanı qanun pozuntulrına yol verilib. Əksər hallarda işçilərə məcburi ərizə yazdırılıb.

“Təşkilata edilən müraciətdə deyilir ki, “Elit Marino” şirkəti işdən çıxardığı işçilərə kompensasiya ödəməkdən imtina edib. “Qarasuoil” şirkəti ixtisarlar aparılarkən işçinin peşəkarlığını deyil, qohumbazlığı nəzərə alır. Nəticədə, onlarla mütəxəssis işdən çıxarılıb”, – M.Qəhrəmanlı belə deyib.

Araşdırmalar zamanı bəlli oldu ki, “Şirvanoil” şirkətində əmək müqavilələri ləğv edilərkən işçilərin ailə vəziyyətləri, ailə üzvləri içərisində 1-ci qrup əlil və digər əlillik qrupu olan şəxslərin olması, uzun illər neft sahələrində işləməklə təcrübəli işçilər olmaları, peşəkarlıqları, əmək intizamı qaydalarını pozmadıqları, əmək funksiyalarını layiqincə yerinə yetirmələri və digər güzəşt və təminatları nəzərə alınmayıb.

Hüquq müdifəçisinin sözlərinə görə, “Neftçala” əməliyyat şirkətində “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqları) 100 qədər işçiyə məcburi ərizə yazdırmaqla yanvar aynda onları ödənişsiz məcburi məzuniyyətə göndəriblər. Ödənişsiz məzuniyyətə göndərilənlər əsasən fəhlələrdir. Onların orta əməkhaqqı 200-250 manat civarındadır.

“Caspian Employment Provider” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları Novruzov İsrafil, Əkbərov Eynur, İ.Nəbiyev İlham hüquqlarının pozulması iddiası ilə Suraxanı Rayon Məhkəməsinə müraciət ediblər. Onların iddia ərizələr təmin olunub”, – deyə təşkilat rəhbəri əlavə edib.

Virtualaz.org