Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi başlayıb.
Apa.az-ın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli Həsənov, Abid Şərifov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, I Fəxri xiyabanda dəfn olunacaq.