XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

11 Oktyabr 2019 - 18:25

Ailə münasibətləri əleyhinə ağır cinayət törədən şəxslər övladlığa uşaq götürə bilməyəcək –QƏRAR

Azərbaycanda ailə münasibətləri əleyhinə ağır cinayət törədən şəxslər övladlığa uşaq götürə bilməyəcək.

Bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.6-cı bənd əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət tətbiqinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər övladlığa uşaq götürə bilməzlər.

Məcəlləyə dəyişikliklər 2019-cu il noyabrın 1-dən tətbiq ediləcək.

Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. /APA