İnternetdə və sosial şəbəkələrdəki bəd xəbərlər, müxtəlif faciəvi hadisələr barədə məlumatlar həssas insanlarda stres əhavlı yaradır.
Strateq.az bildirir ki, Bredford Unversiteinin bununla bağlı son araşdırmalarında 189 nəfər iştirak edib. Onların orta yaş həddi 37 yaş olub. İştirakçılar müxtəlif suallar yazılmış sorğu vərəqini doldurublar. Sorğu işitrkaçılarından həmçinin internetdə, sosial şəbəkələrdə müxtəlif faciəvi hadisələr haqqında xəbərlərə tez-tez baxıb-baxmadıqları soruşulub.
Mütəxəssislər aydınlaşdırıb ki, sosial şəbəkələrdə oxuduqları xəbərlər sorğu iştirakçılarının 22 faizinə əhəmiyyətli təsir edib. Bu adamlarda “travmadan sonrakı stress əhval” simptomu aşkarlanıb. Halbuki, bu şəxlər öz ömürlərində travma ilə nəticələnən faciəvi hadisələrlə üzləşməyiblər. Psixi sağlamlığa ən güclü təsir edən belə xəbərlərin tez-tez baxılmasıdır. Ən çox stress simptomları aşkar olunanlar faciə barədə xəbərlərə baxanlar olub.
Elmə çoxdan məlumdur ki, digər insanların əzabları bu barədə xəbər tutan insana güclü ağrı yaradır. İnsanlar faciə ilə üzləşmiş digərlərinin danışdıqlarını öz ağrıları kimi hiss edirlər. Bu fenomen “əvəzedici travmatiklik” adlanır.
Mütəxəssislər həssas adamlara dəhşətli və xoşagəlməz xəbərlərə baxmamağı tövsiyə edirlər.