XƏBƏR LENTİ

21 Noyabr 2019
20 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 16:05

“Körpü Bina Tikinti” MMC Göyçayın torpağını qanunsuz daşıyır? –Nazirlikdən açıqlama

Göyçay rayonunda süxur qarışığının qanunsuz daşınması faktı aşkarlanıb.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, Göyçay rayonu ərazisində süxur qarışığının qanunsuz daşınması ilə bağlı nazirliyə daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı Ucar-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə qarışıq süxurun daşınmasının rəsmi icazə və müvafiq sənədləşmə çərçivəsində “Körpü Bina Tikinti” MMC-nin sifarişi əsasında “Azpolt” MMC tərəfindən həyata keçirildiyi məlum olub: “Lakin torpaq daşınması zamanı ekoloji tələblərə əməl olunmadığı, yük avtomobillərinin yük yerinin lazımi toz buraxmayan üzlüklə örtülmədiyi və nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan tozun ətrafa yayıldığı aşkar edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə iş icraçısı “Azpolt” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.