XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 08:46

Deputat: [color=red]“Dərmanların ƏDV-dən azad olunması məsələsi müzakirə olunur”

derman-1.jpg

Azərbaycanda dərmanlar əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qanunun qəbulu çox vacib məsələdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda dərmanların ƏDV-dən azad olunması məsələsi müzakirə olunur. M.Quliyev qeyd edib ki, bununla bağlı qanunun qəbul olunması dərmanların qiymətinin ucuzlaşmasına əsas ola bilər: “Dərmanların əlavə dəyər vergisindən azad olunması ilə bağlı qanunun qəbulu çox vacib məsələdir. Ona görə də mən bu məsələni qaldırdım. Bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır. Bir çox dövlətlər də var ki, burada müəyyən qədər əlavə dəyər vergisi var. İndi bununla bağlı ictimai müzakirələr aparılır. Müxtəlif tərəflərin fikirləri dinlənilir. Araşdırılır ki, bunun xeyri və zərəri nə ola bilər? Bütün bunlar müəyyən olunandan sonra qanun qəbul olunur”.