XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 10:28

Gömrük Komitəsi İran adıyla hərəkət edən yükü saxladı -[color=red] Rəsmi

Rusiyadan İrana daşınan taxta yüklü vaqonlar Azərbaycanda saxlanılıb.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin materialların Sabirabadda sahibkarlardan birinə satılması haqda məlumat daxil olub:

"Məlum olub ki, 2015-ci il dekabrın 30-da və bu il yanvarın 12-də 2 vaqondakı taxta yükünün "Tikinti Təminat Ltd" MMC tərəfindən tranzit gömrük proseduru altında İrana aparılacağı bildirilib. Amma vaqonlar Sabirabadın Sabir dəmiryol stansiyasında qeyri-qanuni boşaldılıb. Gömrükçülər müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Rahib Əkbərov Ağamusa oğluna 14 800 dollara satılıb. 

Məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır."