XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

16 Oktyabr 2019 - 17:33

Elmi katib:"AMEA-da dərs deyən müəllimlər vaxtlı-vaxtında işə gəlmirlər"

“Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında tədris prosesində davamiyyətlə bağlı bir sıra problemlər var”.

Bunu Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında akademik-katib Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb: “Akademiyanın bəzi institutlarında – Tarix, Fəlsəfə, Coğrafiya, Neft və Qaz, Radiasiya, Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat institutlarında magistrlara dərs demək üçün auditoriyalar yoxdur. Halbuki mühazirənin deyilməsi üçün ayrıca otağın olması lazımdır. Bəzi hallarda isə kiçik bir iş otağında müəllim magistrə dərs keçmək istəyir”.

Ə.Sadıqov qeyd edib ki, bəzən magistr otaqda olsa da, müəllim gəlmir, ya da dərsə gecikir: “Hətta elə hallar olur ki, magistr auditoriyada oturub gözləyir, amma ona dərs deyən müəllim gəlib çıxmır, məlum olur ki, o, elmi məzuniyyətə gedib. Təəssüf ki, dərs prosesinin ciddiliyi bəzi institutlarda yaxşı dərk olunmur. Xüsusilə, “Boloniya” sisteminin tətbiqi şəraitində hər bir dərs magistr üçün kreditlərin hesablanmasında vacib rol oynayır. Bu kimi problemlər sonradan magistrin diplomsuz qalmasına gətirib çıxara və böyük ciddi mübahisəyə səbəb ola bilər”.

O, magistr təhsili ilə bağlı dərslik probleminin mövcudluğunu, bütün ixtisaslar üzrə proqramların müasirləşməsinin vacibliyini söyləyib.

Ə.Sadıqov əlavə edib ki, bu il AMEA-nın magistraturasına 22 ixtisas və 75 ixtisaslaşma üzrə 120 nəfər qəbul olunub. Bu göstəricələr ötən illə müqayisədə iki dəfə artıb: “Tədris prosesinə cəlb olunan müəllimlər AMEA-nın tanınmış alimləri sırasından seçilir. Burada 5 akademik, 19 müxbir üzv, 41 professor, 66 elmlər doktoru və 101-i dosent olmaqla, 127 nəfər fəlsəfə doktoru dərs deyir. 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanılıb. Magistr hazırlığı 26 elmi tədqiqat institutu ilə aparılır”.

Report