XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 16:45

Lənkəran və Masallının 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb – [color=red]YANĞIN

Masallı rayonunda güclü yanğın hadisəsi baş verib.

Hadisə saat 16:30 radələrində rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın şiddətləndiyindən Lənkəran və Cəlilabad rayonlarından müvafiq olaraq daha 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını lokallaşdırmaq mümkün olub.

Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görürlər.

Faktla bağlı araşdırma aparılır.

Apa.az