“Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən mütəmadi olaraq qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
O qeyd edib ki, Azərbaycanda qanunsuz əmək fəaliyyəti ilə daha çox Cənub-Şərqi Asiya və qonşu ölkələrin vətəndaşları məşğul olur.