XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 09:28

Etibarnamə ilə maşın sürənlərin diqqətinə: [color=red]Qaydalar dəyişir
 

Yeni İnzibati Xətalar Məcəlləsi etibarnamə üzrə nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təcrübədə yaranan bir mübahisəyə birdəfəlik son qoyacaq. 

Belə ki, hazırda qüvvədə olan Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir.

Təcrübədə bəzən hesab edilir ki, "sahib” ifadəsi yalnız mülkiyyətçini və sərəncam hüququnu ehtiva edən etibarnaməsi ("baş etibarnaməsi”) olan şəxsi nəzərdə tutur. Ona görə də sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olsa da, digər şəxsin belə avtomobili idarə etməsi qanunsuz sayılır və buna görə cərimə tətbiq olunur.

Düzdür, bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə ziddir və dəfələrlə mütəxəssislər də belə yanaşmanı doğru olmadığına dair şərhlər veriblər. Amma indi də bəzən buna görə cərimələnənlər olur.

Femida.az-ın məlumatına görə, yeni Məcəllə bütün bu mübahisələrə son qoyaraq, birbaşa təsbit edir ki, əgər nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız sürmək üçün verilmiş olsa da, belə etibarnaməsi olan şəxs avtomobildədirsə, onu digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox "ayıq sürücü” xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq.

Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.