XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2019 - 18:23

Sumqayıtda Xəzər bağlarında yaranan qoxunun səbəbi nədir?- Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu Trend-ə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

“Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.