XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2019 - 18:06

“Yeganə” şadlıq sarayı 10500 manat cərimə olundu –Nazirliyin tələbi ilə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yegane Tourism and Production” MMC-nin barəsində inzibati protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi bu protokla əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə təqsirli bilib və 10500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmənin 15 avqust 2019-cu il tarixli qərarından MMC-nin direktorunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Turuzm şirkəti olan “Yegane Tourism and Production” MMC-nin ünvanı kimi “Yeganə” şadlıq sarayı göstərilib/Report.