XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 09:40

İşsizlik müavinətinin minimum məbləği artdı – [color=red]Nazirlər Kabineti təsdiq etdi
 

Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb.

İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.

Dəyişikliyə əsasən, hər iki məbləğ 75 manat müəyyənləşdirilib. 

Apa.az