XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

28 Oktyabr 2019 - 23:37

Azərbaycanda 144 nəfər dəm qazından zəhərlənib- İlin əvvəlindən bu yana

Azərbaycanda yanvar-oktyabr (oktyabrın 25-dək) ayları ərzində 144 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu ilin ilk 10 ayı ərzində 74 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 26 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu il 1 nəfər sirkə turşusundan zəhərlənərək ölüb. Sirkə turşusundan zəhərlənmə istisna olmaqla, il ərzində zəhərlənməyə məruz qalanlar arasında ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənənlərin, əsasən 70 faizi qadın, 30 faizi kişi olur. Zəhərlənən qadınlar arasında 30-45, kişilər arasında isə 45-50 yaşlılar üstünlük təşkil edir.