XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 May 2015 - 18:29

“Pul ödənəcək və evlər yavaş-yavaş köçürüləcək” – Cavid Qurbanov

“Biz avtomobil yolları ilə bağlı iş apararkən yol kənarında yerləşən 70 min obyekt, ev köçürülüb. Onların hamısının pulu dövlət tərəfindən ödənilib. Narazı qalanlar da ola bilərdi, çünki heç kəs bu məsələlərdə tam razı qalmır. Dəmiryolun ətrafında da çoxlu belə ev var”.

Bunu “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, mümkün olan yerlərdən dəmiryol köçürüləcək, bəzi yerlərdə evlərlə dəmiryol arasında daş hasarlar çəkiləcək, bəzi yerlərdə isə dəmiryolla evlər arasında səsboğucu vasitələr quraşdırılacaq: “Köçürülməsi vacib olan evlərin qiyməti hesablanaraq dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pulunu ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək”(Trend).