XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 21:17

Xaçmazın yeni icra başçısı:"Təyinatım mənim üçün böyük sürpriz oldu"

“Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm”.

Strateq.az xəbər verir ki, bu sözləri “Axar.az”a Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayev bildirib.

“Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”, – deyə yeni icra başçısı bildirib.

Xatırladaq ki, 39 yaşlı Elnur Şahbaz oğlu Rzayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.