XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 11:04

Yük və sərnişin daşıma xidmətlərinin qiymətini [color=red]bu qurum tənzimləyəcək

Azərbaycan ərazisində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənməyəcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.

Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin bu qərarı ilə ölkə daxilində dəmir yolu ilə yük və sərnişin daşıma xidmətlərinin qiymətlərin tənzimlənməsi üzrə səlahiyyətlər QSC-yə verilib.

"Əvvəllər bu funksiyanı Azərbaycanın Tarif Şurası yerinə yetirirdi, çünki QSC Nəqliyyat Nazirliyinin tabeliyində idi. Amma 2015-ci ilin sentyabr ayında "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxdı", – deyə Əzməmmədov bildirib.