XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 13:50

Saatlı və Hacıqabulda vətəndaşlar yerli problemləri müzakirə ediblər –İctimai dinləmə + FOTOlar

Azərbaycan təcrübəsində ilk dəfə olaraq növbəti dəfə Saatlı və Hacıqabul rayonlarında vətəndaşların özlərinin təşəbbüsü ilə yerli əhəmiyyətli məsələlərə həsr olunun ictimai dinləmələr təşkil olunub.

Strateq.az xəbər verir ki, yerli sakinlərin, xüsusən gənclərin özləri tərəfindən formalaşdırılan Təşkilat komitələrinin təşəbbüsü ilə Saatlı rayonunda “Gənclərin xaricdə təhsil imkanlarının artırılması”, Hacıqabul rayonunda isə “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda ictimai dinləmə təşkil olunub. İctimai dinləmələr “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilib. İctimai dinləmələrdə Təşkilat Komitələri tərəfindən hazırlanan məruzələr təqdim olunub.

Bu məruzələrdə müzakirə olunan məsələlərlə bağlı mövcud vəziyyət təhlil olunub, Təşkilat Komitələri üzvlərinin mövqeyi və təklifləri açıqlanıb. Yerli dövlət qurumlarının təmsilçiləri sözügedən mövzularla bağlı öz mövqelərini ifadə ediblər, sualları cavablandırıblar.

Tədbirlərdə rayon ictimaiyyəti nümayəndələri və müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər. İctimai dinləmələrdə müzakirə mövzuları ilə bağlı iştirakçıların fikirləri və təklifləri dövlət orqanlarının nümayəndələrinin diqqətinə çatdırılıb.

İctimai dinləmələrdə müvafiq dövlət qurumları kimi rayon Təhsil şöbələri, İdman və Gənclər İdarəsi, rayon Mərkəzi Xəstəxanası, Gənclər Evlərinin və orta məktəblərin təmsilçiləri iştirak ediblər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki İctimai dinləmənin yekunları ilə əlaqədar təkliflər müvafiq dövlət orqanlarına təqdim edilib. İctimai dinləmələrin təşkilatçılarına vətəndaşların özləri tərəfindən ictimai dinləmənin təşkili və keçirilməsi prosedurları, qanunvericiliyin tələbləri öyrədilib. Təşkilat Komitələri özləri iki dəfə ictimai dinləmə keçirilməsini məşq (simulyasiya) ediblər. İştirakçılara vətəndaşların özlərinin təşəbbüsü ilə həyata keçirilə biləcək ictimai iştirakçılıq formaları barədə materiallar da verilib. Müzakirə mövzuları da Təşkilat Komitələri tərəfindən seçilib. İctimai dinləmələrin təşkili zamanı yerli icra hakimiyyəti və dövlət orqanları ilə sıx əməkdaşlıq edilib.

İctimai dinləmələrin təşkilinə dəstəyi Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü çərçivəsində verilib. Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.