XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

06 Noyabr 2019 - 12:25

Nazir:"Növbəti ildə də əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam etdiriləcək"

Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir.

Trend-in məlumatına görə, iclasda Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı haqqında danışıb.

Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.

S.Şərifov, həmçinin bildirib ki, 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. O bildirib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Nazirin sözlərinə görə, növbəti ildə də bu işlər davam etdiriləcək:

“2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir”.