Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov noyabrın 23-də Göyçay Rayon Polis Şöbəsində Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.