XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 10:07

Universitetdə 7 kafedra, 5 şöbə, 2 laboratoriya ləğv edildi – [color=red]Rəsmi

Bakı Slavyan Universitetinin (BSU )strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar davam etməkdədir. 

BSU-nun mətbuat xidmətindən modern.az-a verilən məlumata görə, universitetdə  7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.

Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun  qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək, yenidən formalaşdırılıb.

Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.

“Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək”, – deyə universitetdən bildirilib.

Hazırda Universitet üzrə yaradılmış İslahat Attestasiya Komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.