XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2019 - 18:43

Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq- Rəsmi

Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.

“APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub. Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9%, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2% çoxdur.