XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 09:35

Bakıda daha bir neçə avtobusun hərəkət istiqaməti dəyişdi – Siyahı

Bu gün-mayın 11-də Bakıda daha bir neçə sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Lakin bu barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib.

Strateq.az virtualaz.org-a istinadən xəbər verir ki, Hövsandan şəhər istiqamətinə gedən yeganə marşrutun -175 saylı avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib. Belə ki, əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun “Xətai” stansiyasının qarşısı olacaq. Son 2 gündə isə avtobus Hövsan-“Həzi Aslanov” metrosuna qədər işləyib.

28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Səhər saatlarında əvvəlki marşurut üzrə işləyən sürücülərə avtobusların “Xətai” metro stansiyasının yaxınlığına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edilib.

32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun “28 May” stansiyasının qarşısından “Xətai” stansiyasının qarşısına köçürülüb.