XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 10:08

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarı – Şərtlər açıqlandı
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”a başlayır.
Strateq.az xəbər verir ki, ilk seminar bu il mayın 23-də Bakı şəhərində (ünvan haqqında bilgilər iştirak üçün seçilmişlərə əlavə olaraq bildiriləcək) keçiriləcək. Seminarda aşağıdakı mövzulara yer veriləcək:
1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
5. Netiketin pozulma halları və onların aradan qaldırılması;
6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
7. örnəklər üzərində iş.
Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcəkdir. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı veriləcəkdir.
Qatılmaq istəyənlərin ən geci 20 may tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: [email protected][email protected] www.cascfen.net Layihə rəhbəri:
Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795
İştirak etmək istəyənlərin özləri haqqında aşağıdakı bilgiləri e-poçtla göndərmələri xahiş edilir: Ad, soyad. İşlədiyi məktəb, dərs dediyi fənn və iş stajı.
Seminar ödənişsizdir.
Şərt: Kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcəkdir.
Strateq.az