XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 22:20

SOCAR-ın 6 əməkdaşı keyfiyyət üzrə beynəlxalq sertifikat təliminə cəlb edildi –FOTOLAR

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və Neftçilər Günü ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı olmuşdu. Açılış zamanı Hissə rəisi İskəndər Şirəli görülən işlər və gələcək planlar barədə SOCAR prezidenti Rövnəq Abdullayevə məlumat verərək, bildirmişdi ki, ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələrdə xidmətlərin beynəlxalq standartlara və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılması və Azərbaycan brendinin dünyada tanıdılması tapşırığını əsas hədəf götürən SOCAR müasir layihələrdə uğurla iştirak edir və Hərbiləşdirilmiş Hissənin də fəaliyyətinin tez bir zamanda, sürətlə bu istiqamətə uyğunlaşdırılması üçün müvafiq tədbirlər planı artıq hazırlanıb. 

Strateq.az xəbər verir ki, tapşırıqların vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə SOCAR rəhbərliyi tərəfindən etimad göstərilən, yenilikçiliyi, yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə tanınan, eyni zamanda mütərəqqi metod və üsullarla beynəlxalq təcrübənin Azərbaycan neft sənayesində uğurlu tətbiqinə çalışan və beynəlxalq təcrübənin yerli yanaşmaya uyğunlaşdırılması ilə neft sənayesində öz sözünü demiş SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin rəisi İskəndər Şirəli artıq açılışda vəd etdiyi hədəflər istiqamətində zəruri addımlar atmağa başlayıb.

Belə ki, ilkin olaraq, Hissə rəisi tərəfindən idarəçilikdə təkmilləşdirmə və səmərəli fəaliyyətin təşkili məqsədiylə şirkət rəhbərliyinə müraciət edilib və SOCAR Prezidentinin müvafiq əmri ilə SOCAR Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin adı “SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi”nə dəyişdirilib.

Eyni zamanda, göstərilən xidmətlərin neft-qaz sənayesi sektorunda fəaliyyət göstərən qabaqcıl beynəlxalq şirkətlər tərəfindən tanınan və tətbiq edilən müasir APİ (American Petroleum İnstitute) standartlarına uyğunlaşdırılması və müasir standartlara cavab verən ixtisaslı kadrların yetişdirilməsi, nəzəri biliklərinin artırılması, qabaqcıl iş metodlarından istifadə edilməsi məqsədiylə mütəxəssislərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunması üçün bu sahə üzrə ixtisaslaşmış “Princeps Legem” MMC ilə də əməkdaşlığa başlanıb.

“Princeps Legem” MMC təşkilatçılığı ilə 04.11.2019-07.11.2019-cu il tarixlərdə SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin 6 əməkdaşı “APİ Q2 – neft-qaz sənayesində keyfiyyətin idarə edilməsi” mövzusu üzrə sertifikat təliminə cəlb ediliblər.

Qeyd edək ki, “PRİNCEPS LEGEM” MMC 2013-cü ildən fəaliyyətə başlayan milli əsaslı şirkətdir. Şirkətin əsas məqsədi beynəlxalq təcrübəyə malik əməkdaşları, xarici təlimçi və məsləhətçiləri ilə beynəlxalq təcrübənin yerli yanaşmaya uyğunlaşdırılmasına dəstək göstərməkdir. Onun müştəriləri arasında neft-qaz və qeyri neft-qaz sahəsində fəaliyyət göstərən “BP”, “Halliburton”, “SOCAR AQŞ”, “KCA Deutag”, “TechnipFMC”, “Samsung Engineering”, “LaserGulf”,  “TCM – KT JV”, “Rapid Solutions” kimi şirkətlər var və bu şirkətlərlə konsaltinq xidmətləri və təlimlərin keçirilməsi üzrə qarşılıqlı müqavilələri mövcuddur.

SOCAR-ın tərkibində fəaliyyət göstərən digər struktur vahidləri ilə yanaşı, Sənaye Təhlükəsizlik İdarəsinin də əsas məqsədi ölkəmizin neft-qaz sektorunun inkişafına daim öz töhfəsini vermək üçün açıq fontanların qarşısının alınması, profilaktiki işlərin görülməsi, ləğv edilmə işlərində görülən işlər üçün zəruri olan avadanlığın, qurğuların, materialların, eləcə də neftin, qazın itkisinin azaldılması, yanacaq, elektrik enerjisinə, material və alətlərə qənaət olunması və işlərin mütərəqqi üsullarla aparılması, risklərin maksimum dərəcədə azaldılaraq, fəaliyyətinin müasir standartlara cavab verəcək şəkildə qurulması və yenilənməsi, eyni zamanda, Azərbaycanda və xaricdə bu sahə üzrə fəaliyyət göstərən şirkətlər, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri, təhsil ocaqları ilə və neft sektorunun gücü və tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, müvafiq sahə üzrə fəaliyyət göstərən xarici şirkətlərin partnyorluğa cəlb olunmasıdır.