XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

09 Noyabr 2019 - 12:28

Masallı sakinləri Prezidentə müraciət edib:“Dağılmış yolun yenidən qurulmasına kömək edin!”+FOTO

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova müraciət edib.

Strateq.az-a göndərdikləri müraciətdə sakinlər Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə təşəkkür etməklə yanaşı ciddi bir problemin də həll edilməsi üçün kömək göstərməyi xahiş edirlər.

“Cənab prezident, Bakı-Astara magistralı yenidən qurulandan sonra gediş-gəliş xeyli rahatlaşıb. Buna görə Sizə təşəkkür edirik. Amma hələ də bəzi problemlər qalmaqdadır. Biz yəqin bilirik ki, Sizin bundan xəbəriniz yoxdur. Məsələ burasındadır ki, Bakıdan Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri hələ də 200 kilometrlik rahat yoldan sonra mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətindədirlər.

Səbəb odur ki, magistraldan Boradigah və 10-dan artıq kəndə gedən yol tamamilə dağılıb. Əvəzində əhali alternativ yollar olan Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.

Cənab prezident, Sizin bu günlərdə Saleh Məmmədova “dağılmış yollarla bağlı mənə həmən məlumat verin, aradan qaldıraq” göstərişiniz bizi daha da ümidləndirdi. Sizdən xahiş edirik, bizim yol problemimizlə bağlı operativ göstəriş verəsiniz”.

Sakinlər eyni zamanda Saleh Məmmədovdan da bu məsələni diqqətdə saxlamağı və problemlə bağlı Prezidenti məlumatlandırmağı xahiş ediblər.