XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 15:10

Komitə sədri:"Müəllimlərə güzəştli ipoteka krediti verilməlidir"

“2020-ci ilin dövlət büdcəsində çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalı və mümkün olduğu təqdirdə bu sahəyə ayrılan vəsait daha da artırılmalıdır”.

Bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı gələn ilin dövlət büdcəsinin plenar iclasda müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, güzəştli ipoteka kreditlərinin verilməsi çoxuşaqlı və müəllim ailələrinə də şamil olunmalıdır.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var: “Sosial təminatı zəif olan, o cümlədən imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün də büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

Report