XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 15:44

Nərimanovda məcburi köçkünlərin yaşadığı yataqxananın damı çökdü –"Qaçqınkom"dan açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxananın dam örtüyünün çökməsi ilə bağlı məlumat yayıb.

Strateq.az Komitəyə istinadla xəbər verir ki, hadisə noyabrın 11-də Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında baş verib.

Bildirilib ki, yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb: “Komitə nümayəndələri hadisə yerində olublar. Hazırda həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar. Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyildir. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib. Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır”.