XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2015 - 12:19

Bakı ruslar üçün “bayram şəhərinə” çevrilib: İlk “beşlik”dəyik –SORĞU

baku bayram.jpg

Bakı rusiyalıların may bayramları günlərində daha çox səfər etdikləri MDB şəhərlərinin top-5-liyinə daxildir.

Strateq.az bildirir ki, Rusiyanın “Oktogo.ru” onlayn otel bronlama xidməti may ayının bayram günlərində Rusiya turistlərinin səfərləri üçün ən populyar şəhərləri müəyyən edib.(Azərtac)

Bakı rusiyalılar arasında populyarlığına görə MDB şəhərləri sırasında dördüncü yeri tutur. May ayının bayram günlərində səfərlərin sayına görə Minsk MDB şəhərlərinin reytinq cədvəlində birincidir.

“Oktogo.ru” xidmətinin məlumatına görə, may bayramlarında Rusiya turistləri orta hesabla 4 günlüyə Bakıya gəliblər və mehmanxanalarda qalmaq üçün günə orta hesabla təqribən 75 dollar xərcləyiblər. Minskdə turistlər bir gün oteldə qalmağa orta hesabla 67 dollar, Almatıda isə 56 dollar ödəyiblər.

Reytinq 2015-ci il mayın 1-dən 11-dək müstəqil səyahətə çıxan turistlərin mehmanxana bronları əsasında tərtib edilib. Bu il Rusiyada mayın 1-dən 4-dək və mayın 9-dan 11-dək bayram və istirahət günləridir.