XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 16:04

Göyçayda itlər və inəklər arasında qorxulu xəstəlik yayılıb –Kənd sakinləri çarəsiz qalıb

Göyçayda itlər və inəklər arasında xəstəlik yayılıb.

Hadisə rayonun Yekəxana kəndində baş verib.

Belə ki, kənd sakinlərinin sözlərinə görə, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında da ölümlə nəticələnir. Fermerlər deyir ki, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur.

Sakinlər deyir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur.

Bu il yaz ayında bir nəfər quduz it dişləmə səbəbindən ölüb.

Analoji hal rayonun Bığır kəndində də mövcuddur. Vətəndaşlara məxsus fərdi təssərüfatda iri buynuzlu inəklər arasında olan xəstəlik sakinləri çətin duruma salıb.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib/Qafqazinfo.